Paytaxtın bu küçələri təmir edilir Məlumat

27 Avqust 2026- 17:00
11 Paytaxtın bu küçələri təmir edilir

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın aşağıdakı küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq:

Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi – avqustun 27-si saat 22:00-dan,
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi – avqustun 27-si saat 22:00-dan,
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi – avqustun 28-i saat 20:00-dan,
Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsi – avqustun 28-i saat 20:00-dan,
Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsi – avqustun 31-i saat 16:00-dan.

Sürücülərdən qeyd olunan müddətlərdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.