Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib

27 Avqust 2026- 11:38
11 Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib

Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub.

Bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib. Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.