Rövşən Əliyev küçəsində təmir işləri davam edir

26 Avqust 2026- 18:05
11 Rövşən Əliyev küçəsində təmir işləri davam edir

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.