Hərəkət iştirakçılarının nəzərinə!
Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Belə ki:
Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi — avqustun 21-i saat 19:00-dan;
Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol — avqustun 22-si saat 09:00-dan;
Səbail rayonunun Əlibəyov qardaşları küçəsi — avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.