19,2 kilometrlik Füzuli–Xocavənd avtomobil yolunda tikinti işləri davam edir

30 İyul 2026- 11:22
11 19,2 kilometrlik Füzuli–Xocavənd avtomobil yolunda tikinti işləri davam edir

Füzuli–Xocavənd avtomobil yolunun müxtəlif hissələrində artıq torpaq işləri, drenaj sistemlərinin qurulması və suötürücü qurğuların inşası həyata keçirilir. Layihə üzrə ümumi icra səviyyəsi 33,5 faiz təşkil edir.

 Füzuli və Xocavənd rayonlarını birləşdirən bu strateji yol nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, təhlükəsiz yük və sərnişin daşımalarına, eləcə də Qarabağın sosial-iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilir.