101 kilometrlik “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarından keçərək onlarla yaşayış məntəqəsini birləşdirir və azad edilmiş ərazilərdə yeni nəqliyyat bağlantısı yaradır.
Həyata keçirilən işlərin miqyası, bölgədə aparılan genişmiqyaslı quruculuq prosesini aydın şəkildə nümayiş etdirir.
Qeyd edək ki, Zəfər yolu Əhmədbəyli–Füzuli–Şuşa ödənişli avtomobil yoluna ödənişsiz alternativ marşrut sayılır.