Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində sel sularının zədələdiyi hissədə bərpa işləri uğurla yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən;
Ərazidə yararsız vəziyyətə düşmüş suötürücü boruların əvəzinə yeni dördbucaqlı su keçidi inşa olunub
Yol yatağı və yol əsası bərpa edilib
Yeni asfalt-beton örtüyü döşənib
Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.
Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.