Şamaxı rayonunda 4,5 kilometrlik yeni yol inşa edildi

20 İyun 2026- 10:10
11  Şamaxı rayonunda 4,5 kilometrlik yeni yol inşa edildi

Şamaxı rayonunun Meysəri kəndi ərazisində uzunluğu 4,5 km olan yeni avtomobil yolu inşa edilib.

Layihə çərçivəsində;

Yol yatağının hazırlanması, əsas və köməkçi konstruktiv qatların qurulması, habelə yol örtüyünün salınması işləri yerinə yetirilib.

Yolun hər iki tərəfində ərazinin relyefindən asılı olaraq 1,5–2,0 metr enində çiyinlər qurularaq normativ tələblərə uyğun şəkildə sıxlaşdırılıb.

Bundan əlavə, atmosfer və səth sularının kənarlaşdırılmasını təmin etmək məqsədilə zəruri sahələrdə yolboyu suötürücü küvet kanalları inşa edilib.

Hərəkətin normal təşkili məqsədilə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.