Mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları və sel suları nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası davam edir.
Hazırda Bakı şəhəri və 8 rayonda ümumilikdə 25 avtomobil yolunda təmir-bərpa işləri aparılır. İşlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular bərpa olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.
Məqsəd təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir.