Ataçay üzərində yerləşən körpü bərpa edilib

7 İyun 2026- 11:46
11 Ataçay üzərində yerləşən körpü bərpa edilib

Ataçay üzərində yerləşən körpüdə bir neçə gün əvvəl sel sularının yaratdığı problem aradan qaldırılıb.

Sel suları Balaca Həmyə yolunda körpünün yanaşma hissəsini yuyaraq hərəkətdə maneələrə səbəb olmuşdu. Dərhal agentliyin əməkdaşları və xüsusi təyinatlı texnikaları əraziyə cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb. Nəqliyyatın hərəkəti üçün müvəqqəti marşrut müəyyənləşdirilib.

Həyata keçirilən təxirəsalınmaz bərpa işləri nəticəsində körpü üzərində hərəkət bərpa olunub. 

Hazırda ərazidə bərpa, möhkəmləndirmə və qabaqlayıcı tədbirlər davam etdirilir.