Vüsal Nəsirli Oğuz və Qəbələ sakinlərini qəbul edəcək

17 Avqust 2026- 09:20
11 Vüsal Nəsirli Oğuz və Qəbələ sakinlərini qəbul edəcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli avqustun 27-də Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar avqustun 17-dən 20-dək qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.