İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı təlim keçirilib

14 Avqust 2026- 13:30
11 İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı təlim keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkətinin təşkili ilə bağlı maarifləndirici təlim keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Avtomobil Yolları Mühafizə Xidmətinin (AYMX) nümayəndələrinin də iştirak etdiyi təlimdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri, o cümlədən yəhərli dartıcılar üçün tələb olunan buraxılış kartlarının və xüsusi icazə vərəqələrinin alınması, rəsmiləşdirilməsi və tətbiqi qaydaları ətraflı izah olunub.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydanın tələbləri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.