Paytaxtın mərkəzi küçələrində təmir işlərinə başlanılır

13 Avqust 2026- 17:06
11 Paytaxtın mərkəzi küçələrində təmir işlərinə başlanılır

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq:

•     Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək; 
•     Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək; 
•     Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək; 
•     Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək; 
•     Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək; 
•     Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək; 
•     Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək; 
•     İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək. 

Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.