Hərəkət iştirakçılarının nəzərinə!
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıda qeyd olunan küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bu gündən etibarən tam məhdudlaşdırılır.
Belə ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, bundan başqa, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində təmir işləri başa çatanadək məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur.