Aparılacaq təmir işləri ilə əlaqədar 10 iyul 2026-cı il tarixindən 13 iyul 2026-cı il saat 07:00-dək aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq:
• Səməd Vurğun küçəsi - (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək);
• Nazim Hikmət küçəsi - (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək).
• Sənan Abdullayev küçəsi (Baksol yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək);
Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri xahiş olunur.