AAYDA WUF13-də strateji yol layihələrini təqdim edib

21 May 2026- 14:16
11 AAYDA WUF13-də strateji yol layihələrini təqdim edib

AAYDA nümayəndəsi Fariz Əzizov WUF13 çərçivəsində keçirilən “Bakı Master Planı 2040” panelində iştirak edib.

Paneldə urban inkişaf, dayanıqlı nəqliyyat sistemi və müasir yol infrastrukturu müzakirə olunub.

Eyni zamanda, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib. Qeyd olunub ki, proqram üzrə ümumilikdə 24 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur.