"Biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir..."

28 May 2026- 18:08
11

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü zamanı bildirib:

“Burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında.”