Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama

1 Aprel 2026- 10:35
11 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama

Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq məcburi köçkünlərin məskunlaşdığı “Zəngilan şəhər”ciyinə gedən yolda çökmə hadisəsi qeydə alınıb.

Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.