Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir MƏLUMAT

3 İyun 2026- 09:30
11 Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir

Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür. Bu baxımdan, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yoluna alternativ ödənişsiz yol Zəfər Yolu hesab edilir.

Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

Yolunuz açıq olsun!