Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.
Tarix və vaxt:
25 mart saat 08:00-dan
26 mart saat 22:00-dək.
Bu müddət ərzində hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, alternativ marşrutlardan istifadə etsinlər.