Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
İclasda çıxış edən Samir Nuriyev Böyük Qayıdış prosesindən bəhs edərək bildirib ki, bu proses keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını təmin edən kompleks yanaşmanı əhatə edir. O qeyd edib ki, məskunlaşmanın dayanıqlı olması məşğulluq imkanlarının yaradılması ilə birbaşa bağlıdır.
İclas zamanı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumatlar təqdim olunub, müvafiq məruzələr dinlənilib.
Daha sonra Qərargah üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olub, təmir olunmuş fərdi evə və bağçılıq təsərrüfatına baxış keçiriblər.