İdarə Heyətinin sədri Vüsal Nəsirli Zəngilan rayonunda vətəndaşları qəbul edib FOTO

22 May 2026- 12:15
11 İdarə Heyətinin sədri Vüsal Nəsirli Zəngilan rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli mayın 22-də Ağalı kəndində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinləri ilə görüş keçirib.

Qəbuldan əvvəl Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında yerləşən Heydər Əliyev guşəsi ziyarət olunaraq Ulu Öndərin xatirəsi anılıb.

Görüşdə vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların təmiri və yenidən qurulması, həmçinin məşğulluq məsələləri ilə bağlı olub. Səsləndirilən məsələlərin araşdırılması və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.