AAYDA-nin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib FOTO

10 May 2026- 14:07
11 AAYDA-nin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.