Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görüləcək işlər:
Quba rayonu
1. M-1 (142km)-Zərqava–Kələnov yolunun 7-ci və 10-cu km-də yamaclarda baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması
2. Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması
3. Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci km-lərində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması
4. Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan suötürücü boruların yenilənməsi və 20-ci km-də Söhüb kəndinin ərazisində yerləşən körpünün giriş-çıxış hissələrinin bərpası
Xaçmaz rayonu
1. Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana 3 ədəd borunun çıxışlarının bərpası və 68-ci km-də yolun bərpası
2. Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun bərpası
3. Xaçmaz–Niyazabad–Qarğalıq yolunun 15-ci km-də yolun və boruların bərpası
4. Aşağızeyid–Bərqov kəndlərini birləşdirən yolun Caqacuq çayı ilə kəsişməsindəki düzbucaqlı suötürücü qurğuya yanaşma yollarının və sunizamlayıcı qanadların bərpası
Qusar rayonu
1. Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün girişinin bərpası
2. Qusar–Həzrə–Sudur yolunun 15-ci km-də 2 qoşa borunun bərpası
3. Ukur–Nəcəfkənd–Zuxul yolunun 8-ci km-də yamacda sürüşmələrin nəticələrinin aradan qaldırılması
4. Cağar–Cetkün yolunun 4-cü km-də yolun hərəkət hissəsinin bərpası
5. Yuxarı Tahircal kənd yolunun 8-ci km-də yol yatağının bərpası
6. Qusar–Əniq–Laza yolunun 35-ci km-də 4 ədəd borunun, yolun hərəkət hissəsinin bərpası və 2 yerdə yeni körpünün tikintisi
Şabran rayonu
1. Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci km-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-də 2 ədəd körpünün bərpası
2. Qaraqaşlı kəndinə gedən avtomobil yolunun 16-cı km-dən ayrılan Liman yolunun hərəkət hissəsinin bərpası
3. Şabran–Qalaaltı yolunun 6-cı km-də borunun bərpası
Siyəzən rayonu
1. Siyəzən–Dağ Quşçu–Ərziküş yolunun 4,8-ci km-dən başlayaraq yolun bərpası
2. Siyəzən–Məşrif–Qalaaltı yolunun 11-ci km-də qəzalı vəziyyətə düşmüş körpünün əvəzinə yeni körpünün tikilməsi
Xızı rayonu
1. Altıağac–Xızı yolunun 17-ci km-də hərəkət hissəsinin bərpası
Ağsu rayonu
1. Parakənd–Maşadıqanlı yolunun 3-cü km-də yolun hərəkət hissəsinin bərpası
İsmayıllı rayonu
1. Dəmirçi–Lahıc yolunun 11-ci km-də yolun hərəkət hissəsinin bərpası
Bakı şəhəri, Qaradağ rayonu
1. Lökbatan–Güzdək yolunun 2.2-ci km-də düzbucaqlı suötürücü borunun bərpası, biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi
2. Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilərək tikilməsi
Bakı şəhəri, Səbail rayonu
1. Bakı–Ələt–Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 7-ci km-də (Bibiheybət məscidinin yanı) baş vermiş çat və sürüşmələrin nəticələrinin aradan qaldırılması