İşğaldan azad olunmuş ərazilərdə yol layihələrinin tikintisinə dair MƏLUMAT

16 Aprel 2026- 12:22

Yol layihələri:

- Ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
- Ümumi uzunluğu 1 454,3 km olan 30 layihə üzrə tikinti işləri başa çatdırılmışdır.
- Hazırda ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.

Tunellər:

- Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur.
- Ümumi uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılmışdır.
- Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi davam etdirilir.

Körpülər:

- Ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur.
- Ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilmişdir.

Viaduklar:

- Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur.
- Ümumi uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılmışdır.

Yol infrastrukturunun genişmiqyaslı bərpası davam etdirilir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR!