Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
- Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).
İşlərin icra tarixi və müddəti:
- 09 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək
- 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək
Göstərilən tarixlərdə:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;
- Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.