Sel suları Siyəxən-Məşrif yolunda yerləşən körpünün bir hissəsini uçurub MƏLUMAT

6 Aprel 2026- 10:41
11 Sel suları Siyəxən-Məşrif yolunda yerləşən körpünün bir hissəsini uçurub

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur.