İdarə heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində vətəndaşları qəbul edib FOTO

27 Fevral 2026- 15:53

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli fevralın 27-də Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl İdarə heyətinin sədri Vüsal Nəsirli Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri yenidən qurulması, eləcə də işlə təminat məsələləri ilə bağlı olub.

Görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.