Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli fevralın 27-də Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar 23 - 25 fevral tarixlərində Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək və ya (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.