Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yollar nəzarətdə saxlanılır VİDEO/MƏLUMAT

11 Fevral 2026- 10:28

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Agentliyin balansında olan bütün avtomobil yolları fasiləsiz nəzarətdə saxlanılır.

Qar yağan və buzlaşma müşahidə olunan ərazilərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz operativ tədbirlər görülür.

Görülən tədbirlər vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına xidmət edir.

YOLUNUZ AÇIQ OLSUN…