Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (012 599 79 75) 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 870 zəng daxil olub.
Daxil olan müraciətlərdən 343-ü yerindəcə cavablandırılıb, 344 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşlara geri zəng edilməklə cavablandırılıb. Daha 134 müraciət müvafiq digər qurumlara yönləndirilib.
Bununla yanaşı, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda yaranmış problemlərlə bağlı daxil olan 49 zəng operativ şəkildə qeydə alınıb və bu barədə dərhal müvafiq rayonlar üzrə tabeli təşkilatlara məlumat verilib. Görülən operativ tədbirlər nəticəsində həmin yollar üzrə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddət ərzində bərpa olunub.
YOLUNUZ AÇIQ OLSUN…