Hərəkət iştirakçılarının nəzərinə!

29 Yanvar 2026- 10:01
11 Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.       

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
  
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.