Bakı şəhərində AAYDA-nin xidmət göstərdiyi yollar nəzarətdə saxlanılıb MƏLUMAT

21 Yanvar 2026- 09:17
11 Bakı şəhərində AAYDA-nin xidmət göstərdiyi yollar nəzarətdə saxlanılıb

Bakı şəhəri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət göstərdiyi prospekt və yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib

Gecə və səhər saatlarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı ciddi problem müşahidə olunmayıb, təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib.

Hazırda AAYDA-nın bütün yol istismar idarələri, həmçinin Avtomobil Yollarının Mühafizə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə davam edir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.

Sürücülərə bir daha hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edirik.

YOLUNUZ AÇIQ OLSUN...