Güclü külək nəticəsində Lənkəran-Lerik yolunda yaranmış problem aradan qaldırılıb

14 Yanvar 2026- 10:00

Ötən gecə güclü külək Lənkəran–Lerik avtomobil yolunda ağacın yola aşmasına səbəb olmuşdur. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb. 

Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvəsi cəlb olunmuşdur.  
 
Görülmüş operativ tədbirlər nəticəsində qısa müddət ərzində ağac kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.

YOLUNUZ AÇIQ OLSUN...