Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)
Hərəkətin məhdudlaşdırılması işlər bitənədək, qısa müddət ərzində qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur.