Noyabr ayında “Çağrı Mərkəzi”nə 468 zəng daxil olub

3 Dekabr 2025- 09:33
11 Noyabr ayında “Çağrı Mərkəzi”nə 468  zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (012 599 79 75) 2025-ci ilin noyabr ayı ərzində ümumilikdə 468 zəng daxil olub.

Zəng edən vətəndaşların 184 nəfərinin müraciəti yerindəcə, 179 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 87 müraciət digər qurumlara yönləndirilib. 

Bundan əlavə, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda yaranmış problemlərlə bağlı daxil olan 18 zəng operativ şəkildə qeydə alınıb, və bu barədə dərhal müvafiq rayonlar üzrə tabeli təşkilatlara məlumat verilib. Görülən operativ tədbirlər nəticəsində həmin yollar üzrə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddət ərzində bərpa olunub.

YOLUNUZ AÇIQ OLSUN...