Oktyabr ayında “Çağrı Mərkəzi”nə 506 zəng daxil olub

4 Noyabr 2025- 10:42
11 Oktyabr ayında “Çağrı Mərkəzi”nə 506 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (012 599 79 75) 2025-ci ilin oktyabr ayı ərzində ümumilikdə 506 zəng daxil olub.

Vətəndaş müraciətlərindən 220-si dərhal cavablandırılıb, 187 müraciət araşdırıldıqdan sonra vətəndaşlara geri zəng edilməklə məlumat verilib. 90 müraciət isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Bundan əlavə, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda yaranmış problemlərlə bağlı daxil olan 9 zəng operativ şəkildə qeydə alınıb, və bu barədə dərhal müvafiq rayonlar üzrə tabeli təşkilatlara məlumat verilib. Görülən operativ tədbirlər nəticəsində həmin yollar üzrə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddət ərzində bərpa olunub.

YOLUNUZ AÇIQ OLSUN...