Payız mövsümündə yolkənarı abadlaşdırma və yaşıllaşdırma işləri aparılır FOTO

23 Oktyabr 2025- 10:07
11 Payız mövsümündə yolkənarı abadlaşdırma və yaşıllaşdırma işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən payız fəslinin başlanması ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolları boyu yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilir.

Bu çərçivədə yolkənarı zolaqlarda olan ağaclara qulluq edilir, quru və zədələnmiş ağacların yerinə yeni tinglər əkilir. Əkilən ağacların adaptasiyasının təmin olunması üçün torpaq yumşaldılır, suvarma və gübrələmə işləri aparılır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan bu tədbirlər yolboyu estetik görünüşün yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və havanın keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan xahiş edir ki, aparılan abadlıq və yaşıllaşdırma işlərinə diqqətlə yanaşsın və təbiətin qorunmasına öz töhfəsini versin.

YOLUMUZ YAŞIL OLSUN...