Azadlıq meydanının qarşısından keçən hissədə təmir işləri aparılacaq MƏLUMAT

21 Oktyabr 2025- 14:54
11 Azadlıq meydanının qarşısından keçən hissədə təmir işləri aparılacaq

21 oktyabr saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.