Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşasına başlanılıb.
Yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində tikilir. Keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 54 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq.
Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.
Yeni keçid, inşa olunduğu ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...