Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin İnşaatçılar prospektindən Şəfayət Mehdiyev küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq, 4 oktyabr saat 08:00-dan 5 oktyabr saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.