Xətai prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək MƏLUMAT

3 Oktyabr 2025- 14:48
11 Xətai prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət  tətbiq ediləcək

3 oktyabr saat  22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə)  aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaqdır.          

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.