AAYDA-nın kollektivi Zəfər parkında olublar FOTO

27 Sentyabr 2025- 18:16
11 AAYDA-nın kollektivi Zəfər parkında olublar

AAYDA-nın kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ziyarət zamanı xatirə daşının önünə gül dəstələri qoyulub.