Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

24 Sentyabr 2025- 09:35
11 Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların qəbulu keçiriləcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun növbəti vətəndaş qəbulu keçiriləcək.

Qəbul 2025-ci il sentyabr ayının 26-da saat 11:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında baş tutacaq.

Qəbulda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan aşağıdakı ünvanda öncədən qeydiyyatdan keçmələri xahiş olunur:

  • Hacıqabul rayonu üzrə: “20 №-li Yol İstismarı” MMC
  • Şirvan şəhəri üzrə: “33 №-li Yol İstismarı” MMC
  •  

Qəbula gələn vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli və qaldırdıqları məsələlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmalıdır.