Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılacaq MƏLUMAT

12 Sentyabr 2025- 15:43
11 Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılacaq

13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.