Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır MƏLUMAT

8 Sentyabr 2025- 16:53
11 Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) 09 sentyabr 2025-ci il saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaqdır.

Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaqdır.

Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.