Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Çağrı Mərkəzi"nə (012 599 79 75) 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 511 zəng daxil olub.
Daxil olan müraciətlər aşağıdakı şəkildə cavablandırılıb:
- 215 zəng üzrə vətəndaşların müraciətləri yerindəcə cavablandırılıb;
- 187 müraciət üzrə məsələ araşdırıldıqdan sonra vətəndaşlara geri zəng edilməklə cavab verilib;
- 106 müraciət isə mövzulara uyğun olaraq aidiyyəti digər qurumlara yönləndirilib.
Bundan əlavə, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 3 zəng daxil olub. Həmin məlumatlar dərhal agentliyin müvafiq rayonlar üzrə tabeli təşkilatlarına ötürülüb və qısa müddət ərzində yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
YOLUNUZ AÇIQ OLSUN!