Hərəkət iştirakçılarının nəzərinə ! MƏLUMAT

30 Avqust 2025- 15:21
11 Hərəkət iştirakçılarının nəzərinə !

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 31 avqust saat 06:00-dan saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.