Xaçmaz və  Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək 

16 İyul 2025- 12:58
11 Xaçmaz və  Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 18-də Xaçmaz  rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Xaçmaz rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xaçmaz rayonu “4 №-li Yol İstismarı” və  Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.