“Çağrı Mərkəzi”nə iyun ayı ərzində 515 zəng daxil olub

1 İyul 2025- 10:39
11 “Çağrı Mərkəzi”nə iyun ayı ərzində 515 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin iyun ayı ərzində 515 zəng daxil olub. 
 
Zəng edən vətəndaşların 244 nəfərinin müraciəti yerindəcə, 187 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 82 müraciət digər qurumlara yönləndirilib. 
 
Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 2 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
 
 YOLUNUZ AÇIQ OLSUN...